Bakıda avtobus özbaşınalığının - TÜKÜRPƏDİCİ STATİSTİKASI
3 Noyabr 2014 00:50
Bakıda son zamanlar baş vermiş avtobus qəzaları insaları demək üçün təəccübləndirmir. Səbə sadədir. Demək olar ki, hər gün, hətta gün ərzində bir neçə dəfə bu tip qəzalarla bağlı adamlar xəbərlər oxuyur, eşidir və görürlər. Qısası avtobus qəzaları paytaxt sakinləri üçün artıq adi olaya çevrilib.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi avtobus sürücülərinin qayda pozuntuları ilə bağlı statistikasını Milli.Az-a açıqlayıb.
Bu li ərzində Bakının avtobus sürücülərinin etdiyi qayda pozuntularının sayı hər kəsi dəhşətə gətirəcək. Təkcə bu ilin 9 ayın ərzində avtobus sürücüləri tərəfindən 25.693 qayda pozuntusuna yol verilib. Qayda pozuntularından 6.084 fakt sürət həddini aşma halıdır (> 70 km/saat). Digər qayda pozuntuları dayanacaqda saxlamadan keçmə (4825), OBE-nin kamerasına müdaxilə (456), mobil telefondan istifadə (5903), siqaret çəkmə faktı (8425) təşkil edir. Növbəti yazıda qayda pozuntusuna ən çox yol verən şirkətlərin adını açıqlayacağıq.
Bəhs etdiyimiz statistika Bakının sərnişin nəqliyyatındakı problemlərin həllindən daha çox, onların haqqında danışmağa və "çətinliklərin aradan qaldırılması" barədə hesabatlar verməyə alışmış məmurların necə işlədiklərini göstərir.
Eyni zamanda, bu rəqəmlər avtobus sürücülərinin seçimindəki çox ciddi nöqsanları da aşkarlayır.
Nəqliyyat Nazirliyinə müraciət edirik: bu biabırçılıqlara son qoymaq üçün bəlkə, avtobuslarda sərnişindaşımalar çoxsaylı sahibkarların əlindən alınıb, dövlət nəzarətinə verilsin?!
Anar Məmmədov,
Ceyhun Ələkbərov
Milli.Az