Xalq artisti doğum gününü qeyd edir

1 Noyabr 2014 12:55
Bu gün xalq artisti Elmira Şabanovanın ad günüdür
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, 1940-cı ildə Bakıda anadan olan aktrisa M.A. Əliyev adına ADİİ-də əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib (1969), müəllim və dosent (1962-1997-ci illərdə) işləyib.

O, 1980-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında 17 bədii filmdə çəkilib. Radio və televiziya tamaşalarında bir sıra maraqlı obrazlar yaradıb. 2000-ci ildə əməkdar, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Rejissor Rüfət Şabanovun həyat yoldaşı, Fuad Şabanovun isə anasıdır.

Çəkildiyi filmlər: "40-cı qapı", "Qəm pəncərəsi", "Gəlinlər. "Tam məxfi", "Yoxlama", "Təhminə", "Fəryad" və s.

Milli.Az