"O, hələ böyük futbolçu ola bilər"

1 Noyabr 2014 14:28

"Everton"un baş məşqçisi Roberto Martinez Aruna Konenin futbolla vidalaşacağına dair xəbərlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəsis təxminən 12 ay diz zədəsini sağaltmağa çalışan hücumçunun gələcəyi olduğuna inandığını bildirib.

"O, hələ karyerasının "Everton" səhifəsini qapamayıb. Bu tipli zədələr nadir hallarda olur. Amma ümid edirəm ki, Kone nəyə qadir olduğunu göstərərək "Everton" karyerasında yüksəlişə nail olacaq. Qarşıda uzun zaman var. Onun meydana tam hazır çıxması üçün yanvara kimi gözləmək lazımdır. Aruna ilə müqaviləni pozmaq barədə düşünmürük. Konenin oyununu və komandaya nə xeyir verdiyini meydanda görmək istəyirəm. İrəliləyişin əlamətləri hiss olunur. O, hələ böyük futbolçu ola bilər."

Milli.Az