Ramil Usubovun müavini təqaüdə göndərildi
1 Noyabr 2014 12:30
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub
Hüquq-mühafizə orqanlarından
Trend
-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı
Əsgər Ələkbərov
təqaüdə göndərilib.
Onun yerinə DİN-in Baş Kadrlar İdarəsinin rəisi
İsmət Əliyev
təyin olunub.
Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən
Ramil Usubov
un müavini idi.
Milli.Az