"Xəzər Lənkəran" "Simurq"a qarşı oyuna ciddi itkilərlə çıxacaq

1 Noyabr 2014 13:15

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sumqayıt" üzərində səfər qələbəsindən sonra "Xəzər Lənkəran" doğma şəhərə qayıdıb.
 

Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq Zaqatalanın "Simurq" klubu ilə görüşün hazırlığına start verib.
 

Hazırda Cahangir Həsənzadə, Ağabala RamazanovUğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmirlər və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər. "Xəzər Lənkəran" bu gün saat 16:00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayacaq.
 

Xatırladaq ki, XI tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran"- "Simurq" görüşü saat 17:00-da başlayacaq.

Milli.Az