Azərbaycan İran vətəndaşını beynəlxalq axtarışa verdi

1 Noyabr 2014 12:38

Azərbaycan hüquq-mühafizə orqanları İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının vətəndaşı Seyid Saleh Huseyni rəsmi sənədləri saxtalaşdırmaqda və dələduzluqda ittiham olunur. Onun tutulması üçün Azərbaycan İnterpola müraciət edib.

Milli.Az