Sakinlər Milli.Az-a yazırlar ki, Lökbatan qəsəbəsində ən böyük problemlərdən biri piyada keçidinin olmamasıdır. Qəsəbə böyük olduğundan 5 orta məktəb var. Təkcə 106 saylı məktəbə 3000-ə yaxın uşaq gedir. Amma piyadalar üçün yeraltı və ya yerüstü keçidin, işıqforun olmaması hətta böyük şagirdlərin məktəbə gedib-gəlməsində çətinliklər yaradır.Bakıda valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalıblar. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan sakinlər övladlarının hər gün ölüm təhlükəsi ilə üzləşməsindən şikayətlənirlər