Noyabrın 4-də Azərbaycanda Aşura mərasimi qeyd olunacaq. Aşura - Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi "onuncu gün" deməkdir. Hicri təqvimi ilə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci il) Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib.Noyabrın 4-də Azərbaycanda Aşura qeyd olunacaq, əzadarlıq məclisləri, qanvermə aksiyaları keçiriləcək