Rəsulzadənin nəvəsi: "Evdə olacam, kim istəyir gəlsin"

1 Noyabr 2014 11:06

"Ad günümü evdə, ailəmlə bir yerdə keçirəcəyəm"

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib.

O vurğulayıb ki, sıradan bir ad günüdür, təmtəraqlı mərasimlər yubileylərdə olur.
"Kim istəyir gəlsin. Bütün günü evdə olacağam. Yəqin ki, qohum-tanışlar gələcək", - deyə R.Rəsulzadə onu təbrik edənlərə təşəkkürünü bildirib.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi səhhətində heç bir problem olmadığını vurğulayıb: "Bakıda yenicə müayinədən keçdim. Həkim dedi ki, hər şey normaldır".

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bir müddət əvvəl Almaniyada əməliyyat olunub.

Milli.Az