75 yaşlı kişinin əcəlini gözləməyə səbri çatmadı

1 Noyabr 2014 10:44

Göyçayda intihar hadisəsi baş verib

Göyçay Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1939-cu il təvəllüdlü Niftəliyev Ağa Mahmud oğlu yaşadığı evin həyətində özünü asıb.

A.Niftəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az