Kanadada 1962-ci ildən bu yana ən şiddətli cəza hökmü verilib
Kanada məhkəməsi 3 atlı polisin ölümündə günahkar hesab etdiyi caniyə 75 il azadlıqdan məhrum olunma hökmü verib.
Anspress-in məlumatına görə, dinləmələr zamanı müəyyən olunub ki, bu ilin iyun ayında Castin Bork adlı silahlı vətəndaş Nyu-Bransuik əyalətinin Monkton şəhərində çaxnaşma yaradaraq polislə atışmağa başlayıb. Bu zaman o, 3 polisi öldürərək, ikisini də yaralayıb.
Hakim hadisəni Kanada tarixində ən pis cinayətlərdən biri kimi qələmə verib. Buna uyğun olaraq verilən hökm ölkədə 1962-ci ildə ölüm hökmü ləğv ediləndəndən bu yana ən ağır cəza kimi də tarixə düşüb.