İki avtomobil toqquşub, 1 yaralı

1 Noyabr 2014 09:26
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində 2 minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Xilasedicilər deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:32-də başa çatıb.

Milli.Az