Bakıda beton qarışdıran maşın minik avtomobili ilə toqquşdu - FOTO

1 Noyabr 2014 09:09
Gecə saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində beton qarışdıran maşının iştirakı ilə qəza baş verib.

APA-nın məlumatına görə, Sara Qədimovа küçəsi ilə hərəkət edən yük maşınının sürücüsü Neftçi Qurban küçəsi ilə kəsişmədə idarə etməni itirib. Bu zaman avtomobil yol kənarında dayanan "Hyundai" markalı avtomobillə toqquşaraq aşıb.

Aşan yük maşını dolu olduğu üçün qəzadan sonra beton qarışığı asfalta dağılıb. Daha sonra yük maşınının yanacaq çənində alışma təhlükəsi yaranıb. Dərhal hadisə yerinə gələn Səbail Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanacağın dağıldığı ərazini təmizləyiblər.

Qəza baş verən küçədə bir müddət yol bağlandığından ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.