İŞİD terrorçusunu yandırıb yedilər - FOTO

1 Noyabr 2014 10:07
Konqoda 100 nəfərin həlak olduğu terror partlayışını həyata keçirənlərdən biri olmaqda şübhəli bilinən şəxsi kütlə edam edib. Şəhər küçələrindən birində döyülən şəxs sonra diri-diri yandırılıb. Kütlə bununla da kifayətlənməyərək biçarəni parçalayaraq yeyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Konqonun Beni şəhərində yaşanıb.
 

Beni şəhərindəki avtobuslardan birindəki sərnişinlər saqqallı şəxsdən şübhələniblər. Yerli suaxili dilində danışa bilməyən adam sərnişinlərdə xof yaradıb. "O, İŞİD terrorçusudur!" - bunu sərnişinlərdən kimsə deyib.
 

Qışqırıqdan sonra saqqallı adamı döyərək avtobusdan yerə salıblar. Adamın ətrafına yığılmış onlarla banili bu şəxsi təpikləməyə, yumruqlamağa başlayıb. Adam aldığı zərbələrdən yerə yıxılıb keçinəndən sonra onun üstünə benzin tökərək yandırıblar.
 

Faciə bununla da bitməyib: ətrafdakı benililər yanmış adamın cəsədini parçalayaraq yeməyə başlayıblar.

Konqoda 100 nəfərin ölümünə səbəb olmuş terror aktlarına görə məsuliyyəti ADF-NAUL terror qruplaşması öz üzərinə götrüb.

Bu qruplaşmanın "Əl Qaida" ilə sıx bağlı olduğu bildirilir.
 

Konqo prezidenti Jozef Kabilanın dediyinə görə, ADF-NAUL terrorçularını M23- qruplaşmasının taleyi gözləyir. M23 terror qruplaşması ötən il BMT-dən hərbi dəstək almış Konqo ordusunun hücumları nəticəsində darmadağın edilmişdi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.