Mario Balotelli: "Yanmış malikanəmin pulunu verin!" - FOTO

1 Noyabr 2014 10:47

İngiltərənin Çeşir qraflığında fişənglərin partlaması nəticəsində yanmış malikanənin sahibinin "Liverpul" klubunun italiyalı ulduzu Mario Balotellinin dostu olduğu aşkarlanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3 milyon funt-sterlinq dəyərindəki malikanəyə yanğın nəticəsində 400 min funt ziyan dəyib.
 

Mario Balotelli Twitter-dəki profilində yazıb: "Dostumun malikanəsi yandı. Səbəb fişənglərdir. Fişənglərlə ehtiyatla davranın ki, sizin də başınıza gəlməsin".
 

Çeşir polisindən verilən məlumatda isə bildirilir ki, Balotellinin dostu həmin malikanənin sahibi olmayıb: "Bu şəxs ayda 7500 funta həmin malikanədə kirayədə qalırdı".
 

Mario Balotelli isə buna cavab olaraq bildirib ki, 2011-ci ildə onun malikanəsi də yanıb.
 

"Həmin yanğının səbəbi evdə dostlarımdan birinin yanan fişəngi vanna otağındakı vedrəyə atması idi. Malikanəmə 400 min funt ziyan dəyib. Bu pulu sığorta şirkəti ödəməlidir. Yanmış malikanəmin pulunu verin!" - Balotelli bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.