O tələbə diktatorun oxşarıdır - FOTO

1 Noyabr 2014 11:20

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inın yeni oxşarı peyda olub.
 

Hokonqda yaşayan Hovard adlı tələbə Pxenyandakı diktaturanın liderinə çox bənzəyir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Honkonqda avstraliyalı musiqiçi və rəssamın ailəsində doğulmuş 35 yaşlı Hovard Şimali Koreya liderindən 4 yaş böyükdür.
 

Hovard oxşarlığından faydalanaraq pul qazanır və hər çıxışı üçün 5 min Honkonq dolları, yəni 550 dollar istəyir.
 

"Ötən il Kim Çen Inın dünyada ilk "rəsmi" oxşarı statusunu aldım. Universitetdə oxuyuram və çıxışlarımdan əldə etdiyim pulları da təhsilə xərcləyirəm", - Hovard deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.