Populyar azərbaycanlı müğənni: "Bu dəqiqə başqa yerdən gəlirim olsa, gedib kənddə yaşayardım"

31 Oktyabr 2014 22:24
Şəxsi həyatı ilə bağlı açıqlama verməkdən qaçan Baloğlan Əşrəfov deyəsən, şeytanın ayağını sındırıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, kameralar qarşısna keçən Əşrəfov "ATV Maqazin" də ailəsindən və arzularından bəhs edib.

"Əsl azərbaycanlı ailəsinə sahibəm. Bütün ailə bir yerdə yaşayırıq. 82 yaşlı anam da mənlə birgə yaşayır. Yalnız bir oğlum və gəlnim ayrı qalır. Gəlinimə həmişə ata kimi münasiət bəsləmişəm. O həm də mənim qohumumdur.

İşdən çıxan kimi nəvələrimin yanına qaçıram. Biri boynumda, biri də qucağımda oturur. Onlarla oynayıb stressimi atıram. Mən o evin Baloğlanıyam".

Kənd həyatına vurğunluğunu gizlətməyən sənətçi imkan tapsa, kəndə köçmək barədə düşünə biləcəyini deyib. Amma ona mane olan səbəblər var.

"Kəndimizdə müasir tələblərə uyğun iki mərtəbəli evim var. Bu dəqiqə başqa yerdən gəlirim olsa, gedib kənddə yaşayardım. Həmişə kəndə meyilli olmuşam. Çox istəyərdim orda kişilərlə nərd oynuyam. Amma nəvələri, ailəni düşünəndə bu fikirdən vaz keçirsən".

Milli.Az