Çində məmurun evindən rekord miqdarda pul çıxıb. Bu pulları dollara çevirəndə 33 milyon dollar edir.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui deyib ki, bu nağd pul məmur Wei Pengyuanın evindən tapılıb. Wei Pengyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.
Prokuror deyib ki, onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən 4 pul sayan maşın xarab olub, sıradan çıxıb.
Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.
Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə etimadını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır.