Girov düşən soydaşımızın azadlıq FOTOları
31 Oktyabr 2014 20:16
Ermənistan tərəfindən Kəlbəcərdə girov götürülən Şahbaz Quliyevin fotoları yayılıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, girovumuzun fotolarını bu gün onun ailəsinə baş çəkən millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində paylaşıb.
Qeyd edək ki, bu il Kəlbəcərdə yaxınlarının qəbirlərini ziyarət etmək istəyən üç azərbaycanlıya - Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənova erməni silahlı birləşmələri hücum ediblər.
H.Həsənov erməni hərbçilər tərəfindən qətlə yetirilib. Şahbaz Quliyevlə Dilqəm Əhmədov girov götürülüb.
Oktyabrın 27-də girovlarımızla bağlı qondarma "məhkəmə" başlayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.