Selfiyə ruh düşdü - FOTO

1 Noyabr 2014 13:28

İngiltərədəki pablardan birinə yollanan qız rəfiqəsi ilə selfi çəkdirəndən sonra şəkilə baxanda təəccüblənib. Çünki fotoda viktorian dönəmində yaşadığı iddia edilən qadının ruhu vardı.
 

Milli.Az The Mirror-a istinadən bildirir ki, Nyukasl apon Tayn şəhərinin sakinləri 22 yaşlı Viktoriya Qrivs və onun rəfiqəsi, 23 yaşlı Keyli Atkinson "Slug and Lettuce" pabına yollanmışdılar. Onlar birlikdə selfi çəkmək qərarına gəliblər.

Həmin vaxtda pabda qızlardan başqa müştəri yoxdu.
 

"Ona görə də selfi fotomuzda bizdən savayı kimsə ola bilməzdi. Amma Keyli sonra mənə zəng vurub çox qorxduğunu dedi. Sən demə, selfi fotomuzda arxamızda durmuş ruh da əks olunub. Belə şeylərə inanmadığım üçün güldüm. Amma sonra fotoya baxanda şoka düşdüm. Arxamızda duran, əynində viktorian dövrünün paltarı olan ruh gülürdü. O qədər qorxmuşdum ki, fotonu telefonumun yaddaşından sildim", - Keyli deyib.
 

6 ilin rəfiqələri olan qızlar həmin pabın daimi müştəriləri olsalar da, indi "Slug and Lettuce"a qayıtmağa qorxurlar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.