Ürəkdəki qüsurun əsas səbəbi başqa imiş

1 Noyabr 2014 00:30
Qanda TMAO (Trimethylamine N-oxide) kimi tanınan bakterial birləşmənin konsentrasiyası ürək xəstəlikləri ilə əlaqədardır. Bu faktor ucbatından ürək çatışmazlığı, insult, hətta ölüm də ola bilər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ilk dəfə olaraq tədqiqatlar bunu təsdiq edib.

Klivlend Klinikasının alimləri tərəfindən aparılan araşdırmada qanında ТМАО-nun səviyyəsi yüksək olan 700-dən çox adam iştirak edib.

Doktor Stenli Xazenin rəhbərliyi ilə alimlər 5 il ərzində 720 nəfər pasientin ürək çatışmazlığı ilə bağlı məsələləri müşahidə ediblər. Bu müddət ərzində məlum olub ki, qanda TMAO konsentrasiyasının yüksək olması gələcəkdə ürək çatışmazlığı və ölüm riski yaradır.

Həmçinin məlum olub ki, TMAO konsentrasiyasının az olduğu insanlarda ürək çatışmazlığı riski də azdır.

Milli.Az