Bağça rəhbərlərinə vaxt verildi

31 Oktyabr 2014 19:23
Şabranda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzmiləmə və Standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən bağçaların və uşaq evlərinin vəziyyətinə baxış keçirilib.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Şabran rayonun Ağalıq kəndində yerləşən körpələr evi, uşaq bağçasında aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Yoxlama zamanı, həmçinin bağçanın mətbəxinin və sanitar qovşağının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib. Körpələrin yemək rasionu da qoyulmuş qaydalar pozulub.
 

Aşkarlanan çatışmazlıqlar barədə akt tərtib olunub və bağça rəhbərinə nöqsanları aradan qaldırmaq üçün vaxt verilib. Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Milli.Az