"Bircə dəfə ailə qurdum, həyat yoldaşım rəhmətə getdi" - FOTOSESSİYA
31 Oktyabr 2014 18:45
Meyxanaçı Samirə Yusifqızı "Ay Zaur" verilişini evində qonaq edib
Milli.Az-ın məlumatına görə, o, ailəsindən, həyat yoldaşından bəhs edib:
"Özümü naxışlı müğənni saymıram. Üç il Ərəbistanda yaşamışam, müğənni kimi çalışmışam. Ərəbcə, farsca oxuya bilirəm. Bircə dəfə ailə qurdum, həyat yoldaşım rəhmətə getdi, iki övladım var. Oğlumu evləndirib, qızımı köçürmüşəm. Oğlumun ailəsi alınmadı. İnşallah, ikinci olar. Nənəyəm. Həyat yoldaşım toyda oynadığı yerdə qəfildən dünyasını dəyişdi. 11 il ailəli oldum. 30 yaşımdan dulam, heç vaxt ikinci dəfə ailə qurmaq haqda düşünmədim. Uşaqlarıma yad kişinin atalıq etməyini özümə sığışdırmadım".
Axşam.az-ın məlumatına görə, Sürətli avtomobil idarə edən S.Yusifqızı "Çox hövsələsizəm, dilim pisdir. Görəndə ki, biri düz sürmür, söyürəm. 20 ildir sükan arxasındayam", - deyə bildirib.