Türkiyə müxalifətindən daha bir ciddi istefa

31 Oktyabr 2014 18:08
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, Ankaradan seçilən millət vəkili, partiyanın qrup rəhbəri Əminə Ülkər Tarhan istefa edib.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, o, bu gün partiyaya istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, bu il mart ayında keçirilən prezident seçkilərinə Ə.Ü.Tarhanın namizədliyinin irəli sürülməsi gözlənilirdi.

Milli.Az