Bakıda ən təhlükəli sürüşmə zonası açıqlandı

31 Oktyabr 2014 17:40

Hazırda Bakıda mövcud olan ən təhlükəli sürüşmə zonası açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, ən təhlükəli sürüşmə sahəsi Zığ sürüşmə sahəsidir.

Onun sözlərinə görə, Badamdar, Bayıl, Əhmədli-2, Masazır sürüşmə sahələrində tədbirlər həyata keçirilib: "Zığda da tədqiqatlar başa çatandan sonra tədbirlər həyata keçiriləcək. Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir. Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında ciddi dəyişiklik yoxdur. Sürüşmə sahələrində hələ vəziyyət stabildir. Sürüşmə sahələri ilə bağlı monitorinqlər davam etdiriləcək. Hər ay ərzində sürüşmə sahələrində monitorinqlər aparılır və yekunda nəticə barədə məlumat verilir. Ayın sonunda nəticələr bulleten formasında müvafiq qurumlara, ictimaiyyətə çatdırılır".

Milli.Az