Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən bal sərgisini başlanğıcında müşahidə etmişdim. Sonradan bal almaq üçün yolumu yenə oradan saldım. Məlumatlardan bildiyiniz kimi, bu il yarmarkaya istehlakçı marağı əvvəlki illərlə müqayisədə aşağı olub. Odur ki, arıçılar müştəri görən kimi yaxasını buraxmırdılar. Heç iki addım getməmişdim ki, Göyçədən olan Nurəddin qarşımı kəsdi və balını elə təriflədi ki, dedim yəqin qızıldır. Qiyməti də 15 manata. Təklif etdi ki, "1 kilo bal verim, aparın, xoşunuza gələrsə, gəlib istədiyiniz qədər alarsız, gəlməsəniz də, canınız sağ olsun". Yanındakı gədəbəyli Cabir də həvəsə düşdü, dedi mənim balımdan da aparın. Amma qablardan bizə daddırdığı iki fərqli baldan yox, nədənsə stolun üstündə bankada hazır qoyduğunu verdi.Əsl arıçılar alverçilərin və təşkilatçıların əlindən dad edirlər