Onları donmağa qoymayın! - FOTO
31 Oktyabr 2014 16:42
Ötən gün Buzovnadakı uşaq evlərinin birində istilik sisteminin işləməməsi üzündən uşaqların əziyyət çəkməsi barədə yaydığımız xəbər böyük ictimai reaksiya doğurub.
Qaynar.info-ya telefon açan çoxsaylı insan həmin uşaqlara yardım etmək istədiklərini bildirirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu fotonun öncə 13 saylı uşaq evində çəkildiyi təxmin edilsə də, daha sonra görüntülərin Buzovnadakı digər obyektə - Sümük-Vərəm Sanatoroiyasına aid olduğu dəqiqləşib.
Sanatoroiyanın baş həkimi Sima Həmidzadə Qaynar.info-ya açıqlamasında yerləşdikləri binanın köhnə olduğunu deyib: "Hazırda yerləşdiyimiz bina köhnədir, təmir ürək açan deyil. Amma cənab Prezidentin göstərişi ilə bizim üçün yeni bina tikilib. 2015-ci ildən biz həmin binaya köçəcəyik. Sanatoriyada da elə ciddi bir problem yoxdur. Radiatorlar vasitəsi ilə otaqları qızdırırıq. Qış sisteminə keçdikdən sonra isə təbii qaz vasitəsi ilə otaqları qızdırılacaq".
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.