RF, Almaniya, Fransa və Ukrayna liderləri Minsk razılaşmasına sadiqdirlər
31 Oktyabr 2014 16:18
Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Petro Poroşenko Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanması üzrə Minsk razılaşmasının müntəzəm yerinə yetirilməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.
Bu barədə Trend TASS agentliyinə istinadən xəbər yayıb.
Tərəflər telefon söhbətində təmas qrupunun işinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Kremlin mətbuat xidmətindən bildiriblər ki, ATƏT tərəfindən monitorinq zamanı atəşkəs rejiminə hökmən əməl olunmasının zəruriliyi qeyd olunub: "Rusiya tərəfi Ukrayna mərkəzi hakimiyyəti ilə Donetsk və Luqansk regionlarının nümayəndələri arasında davamlı dialoqun qurulmasına tərəfdardır ki, bu da, şübhəsiz, vəziyyətin ümumi sabitləşməsinə kömək edə bilər".
Milli.Az