Prezident qaçdı, general yoxa çıxdı

1 Noyabr 2014 11:32

Polkovnik-leytenant İsaak Zida Burkina-Fasoda hakimiyyəti ələ keçirərək dövlət başçısı funksiyalarını icra etməyə başladığını deyib.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, Zidanın dövlət radiosu ilə oxunan bəyanatında deyilir: "Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyini (EKOBAC) və dünya birliyini yeni hakimiyyəti dəstəkləməyə, bizi anlayşıla qarşılamağa çağırıram".
 

Dünən isə general Onore Traore özünü Burkina-Faso silahlı qüvvələrinin baş komandanı elan etmişdi. Fəqət, hərbçilər etiraz edərək Traoreni ölkə prezidenti Blez Kompaorenin yardımçısı adlandırıblar. Bəyanatından sonra general yoxa çıxıb və onun harada olduğu bilinmir.
 

Oktyabrnın 30-da Burkina-Fasonun paytaxtı Uaqaduquda nümayişçilər parlament, hökumət, prezident iqamətgahı və dövlət televiziyasının binalarını ələ keçiriblər.
 

Milli.Az