Bakının mərkəzində "Bentley" qanunu saymır - FOTO

31 Oktyabr 2014 15:04
Son zamanlar Bakıda bahalı avtomobillərin, məmur övladlarının qayda pozması, qanuna məhəl qoymaması adi hala çevrilib. Bu gün Milli.Az əməkdaşı paytaxtın mərkəzində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında qayda pozuntusu yox, qaydalara meydan oxunması ilə rastlaşıb.

Maraqlıdır ki, müvafiq dövlət qurumları belə halların sayının azaldığını desələr də, reallıq fərqlidir.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.