İnterpolun axtardığı azərbaycanlı fırıldaqçı tutuldu

31 Oktyabr 2014 15:16

Rusiya hüquq-mühafizə orqanları fırıldaqçılığa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, Tümen əyalətində saxlanılan şəxsin Azərbaycanda özünü vəzifəli şəxs kimi təqdim edərək fırıldaqçılıqla məşğul olduğu məlum olub.

Belə ki, o, zəlzələdən əziyyət çəkənlərin yaşayış yeri ilə təmin olunması üçün lazımi sənədləri əldə etmələrinə yardım edəcəyinə dair vəd verib və bu şəkildə 58 min dollar ələ keçirib. Ötən il cinayət məsuliyyətindən qaçmaq üçün Rusiyaya köçən azərbaycanlının yerini Tümen polisləri müəyyən edə biliblər. Hazırda onun Azərbaycana ekstradisiya məsələsi həll edilir.

Milli.Az