Məşhur aktyor terrorçuluq etdi - VİDEO

31 Oktyabr 2014 14:41

Rusiyanın ən məşhur aktyorlarından biri Mixail Poreçenkova qarşı Ukraynada cinayət işi açılıb.
 

Bu günlərdə Ukraynanın şərqinə yollanan və qondarma "Donetsk Xalq Respublikası"nda səfərdə olan M.Poreçenkov döyüş bölgəsində olub.

Orada aktyor başında "Press" yazılmış dəbilqə, əynində sinəsinə "Press" şevronu vurulmuş gödəkçə olmasına rəğmən, "əyləncə" naminə "Utyos" iriçaplı pulemyotdan Ukrayna ordusunun mövqelərini atəşə tutub.
 

Milli.Az UNİAN-a istinadən bildirir ki, Ukrayna DİN-in başçısı Arsen Avakov rusiyalı aktyorun axtarışa verilməsi barədə göstəriş verib.

Rusiyanın Jurnalistlər Birliyi M.Poreçenkovun davranışını "axmaqlıq" adlandırıb.
 

Mixail Poreçenkov separatçı rejim tərəfindən idarə olunan əraziyə "Poddubnı" filminin reklamı məqsədilə yollanıb. Bu filmdə o, baş rolda oynayıb.

Aktyor isə qanunsuz heç bir iş görmədiyini söyləyib.
 

Milli.Az