Afinada "Kalaşnikov" dilləndi, ölən və yaralı var
31 Oktyabr 2014 14:09
Afinada silahlı hücum nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polis hadisənin kriminal hesablaşma nəticəsində baş verməsi versiyası üzərində dayanır.
Məlumata əsasən, hücum edənlər səhər saat 04:00-da cipdə kafeyə yaxınlaşaraq Kalaşnikov avtomatından atəş açıblar.
İnsident zamanı 42 yaşlı yunanıstanlı öldürülüb, onun yanındakı qadın isə yüngül yaralanıb.
Kafenin Albaniya vətəndaşına məxsus olduğu bildirilir.
Milli.Az