Hüquq müdafiəçiləri Xədicə İsmayılovanı boykot ediblər
31 Oktyabr 2014 13:56
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda Xədicə İsmayılovanın olmasını hüquq müdafiəçilərinin heç biri istəmirdi. Trend-in məlumatına görə, bu barədə İşçi Qrup üzvlərinin jurnalistlərlə görüşündə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, Xədicə İsmayılovanı 10 hüquq müdafiəçisindən heç biri dəstəkləməyib: "Xədicə İsmayılova bildirir ki, onu Avropa Şurası baş katibi və hökumət dəstəkləyib, Sahib Məmmədov imkan verməyib. Amma 10 nəfərdən heç kim onu İşçi Qrupda istəmədi".
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyib ki, Xədicə İsmayılova normal şəkildə əməkdaşlıq istəsəydi, bunu edərdi: "Şou çıxarmaq, qapını çırpıb getmək heç kimin marağında deyil".
Milli.Az