Novella Cəfəroğlu: "Keşiş Qaponluq etməsinlər"
31 Oktyabr 2014 13:49
"İşçi Qrupunun fəaliyyətini indidən tənqid etmək düzgün deyil, imkan versinlər, addım ataq, üç ay vaxt versinlər, işləyək, sonra istədiklərini desinlər". Trend-in məlumatına görə, bu barədə fəaliyyəti bərpa edilmiş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalistlərlə görüşündə İşçi Qrupuna qarşı bəzi insanlar tərəfindən yaranan aqressivliyə münasibət bildirərkən deyib.
N.Cəfəroğlu bildirib ki, provokasiya etmək lazım deyil: "Keşiş Qaponluq etməsinlər. İmkan versinlər, addım ataq. Biz hər zaman Prezident Administrasiyası ilə, prokurorluqla görüşlər keçirmişik. Minlərlə insanın hüquqlarını bərpa etmişik. Bizim nüfuzumuz böyükdür. Həbsdə olan insanlara ərizə yazdırmaq ki, bizi bunlar müdafiə etməsinlər, bu, əxlaqsızlıqdır".
Milli.Az