Robotlar insana çevrilərsə... - VİDEO

31 Oktyabr 2014 14:37
Robotu həddən ziyadə təkmilləşdirərək insana çevirsələr, insani duyğular, hisslər aşılasalar, nə baş verər?

Gənc proqramçı Natan insani hisslərə malik olan və süni intellektli bir robotu insana çevirməyə çalışır. Milli.Az "The Hollywood reporter"-ə istinadən xəbər verir ki, rejissor Aleks Qarlandın elə öz ssenarisi ilə çəkdiyi "Sabiq robot" (Ex Machina) bu mövzudan bəhs edir.

Nəfəs kəsən psixoloji dramda Domnal Qlesson, Oskar İsaak, Alisia Vikander baş rolları ifa ediblər.

Filmin təqdimatı gələn il keçiriləcək.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.