Dişi qaban 6 nəfərə hücum çəkdi

1 Noyabr 2014 11:27

Yaponiyada 6 nəfər dişi qabanın hücumuna məruz qalıb.
 

Milli.Az Japan Today-ə istinadən bildirir ki, insident Tokionun yaxınlığındakı Akiruno və Fussa bölgələrində baş verib.
 

Polisdən verilən məlumata görə, dişi qaban yaşları 40-70 arasında olan 6 nəfərə hücum çəkib. Qabanın qurbanlarından biri velosipedçi idi.

Yerli ovçular təşkilatının üzvü qabanı güllələyib.
 

Milli.Az