Qafqazın övladları və valideynləri. Doğuluşla alçalmaq!

2 Noyabr 2014 18:40
"Hər şey böyük toyuq hini və broyler toyuqlarına oxşayır. Mən bunu rişxəndlə yox, kədərlə yazıram, çünki Tiflisdə, Bakıda və Yerevanda da, maraqlı, dərin qızlar çoxdur, amma... ətrafda qırt toyuqlar var, onlar ərazini saxlayır, heç kəsi buraxmırlar və onların ətrafında - döyüşçü toyuqlar - keşikçilər dayanır və bu qapalı qohumbaz dairəyə düşmək praktik olaraq mümkün deyil!"

Milli.Az kultura.az-a istinadən gürcü publisisti İrakli Berulavanın məqaləsini oxucularına təqdim edir.

Dostluq haqqında pafoslu söhbətləri, yalançı təbəssümləri və ənənəvi pozaları sevmirəm: onların arxasında, bir qayda olaraq, boşluq dayanır. Başqa cür olsaydı, "pozalısöhbətlər"ə də ehtiyac olmazdı!

İnsanlardan ən çox fikri və ya obrazı mənə daha yaxın olanları qiymətləndirirəm, yaxud da adi uşaqları. Müəyyən bir zamana qədər uşaqlar - təmiz vərəqdirlər və əlbəttə, həmişə istəyirsən ki, onlar böyüklərdən çox tələbkar olsunlar. Balaca uşağın sevincinə səbəb olmaq normal şeydir.

Balacaları sevirəm və böyüklərdə, düşünürəm ki, kişilərdə o, qadınlara nisbətən daha uzun zaman yaşayır. Yanıla bilərəm, amma mən öz fikirlərimi deyirəm. Qadınlar daha oturaqdır, praktikdir, ağıllıdırlar. Ona görə yox ki, qadındırlar, ona görə ki, o cür tərbiyə görüblər. Çox vacib hesab edirəm ki, oğlanları gənc yaşda ikən tez böyümüş qızların qucağından qorumaq lazımdır. Bizim gənc ailələrdə seks və uşaqların dünyaya gəlməsinin altını əksərən gənclərin valideynləri çəkirlər. Uşaqları adətən onlar tərbiyə edirlər... Qadından fərqli fizioloji göstəricilər istisna olmaqla oğlanlar kişi ola bilmirlər, qız isə ərini, cəsarətli amerikan yazıçısı Bukovskinin orijinal təsvir etdiyi kimi müəyyən dərəcəyə qədər kiçiltməklə ərazisini genişləndirməyə davam edir.

Beləliklə, böyük faizlə Gürcüstanda və Qafqazda kişi ailədə mayalandırmaq statusuna çatdırılıb. Onu yedirirlər, sonra onunla öcəşməyə başlayırlar, o adətən sınır, olur ki, içkiyə qurşanır, ya da kiçik ailə yuvasını saxlamaq üçün sürünür. Sürünür, çünki qadın kimi tərbiyə edilib və kişinin bütün maraqları, həvəsləri erkən nikah nəticəsində yox olur. Çoxlu məşuqələri olan arvadaoxşar kişilərin olması mənim fikrimi təsdiq edir. Belə kişi ağına-bozuna baxmayan və çox da vasvası olmayan qadından fərqlənmir. Və əgər cəmiyyət belə qadınları zəif adlandıraraq tənqid edirsə, bəs onda niyə "boşluq" kişilərdəki qadın əxlaqsızlığını gücün təzahürü kimi tez-tez tərifləyir? Bu bizim meynstrimin keyfiyyətindən xəbər verir.

Tiflisdə yaşı 50-ni haqlamış kişilərin gözləri, adətən, sönükdür, onlar döyülüb-atılmış itlərə oxşayırlar. Hərdən mən şəhərdə məqsədsiz dolaşarkən, yaddaşıma belə kədərli portretlər həkk olur. Bu cür insanlar əksərən artıq təslim olublar, onlara hər şey maraqsızdır, onlar tükəniblər... Bizdə yaşı 50-ni keçənlərin böyük çoxluğunu əyyaşlar və ya boşboğazlar təşkil edir, ancaq mən həddən artıq çox olan, gözə girənlər haqda yox, nəzərimə çarpan adamlar haqda yazıram.
Bəs qadınlar necə?.. Onları, əlbəttə, anlamaq və onlara acımaq lazımdır. O doqma ki, onların beyninə yeridilib, onların günahı yoxdur. Qadın daha çox ailəyə meyllidir, ona bağlıdır, uşaqların qayğısına qalır... Bir adamla oturursan, soruşursan. Bəs sən ərini sevirsən? Yox, heç sevməmişəm. Bəs, uşaqlar, onlar ki, sənindir - onlar sırtıq və gönüqalındırlar, ancaq sənin vecinə deyil. Hə, bilirəm, nə edə bilərəm ki?.. Bəs niyə boşanmamısan? Bundan mənə nə çatacaqdı ki... uşaqlar, mənzil, yoxsa ər? Və sair, ilaxır...

Televiziya daha dəyərli və daha güclü insan uğrunda mübarizə aparmaq cəhdini belə məhv edir. Gürcüstandakı, demək olar, bütün teledivalar hətta zahirən eybəcər, ehtiraslı, gicbəsər axmaq qadın obrazını təcəssüm etdirir, çünki şəxsən mən bizim TV-də, ümumiyyətlə, nadir hallarda təhsilli və romantik jurnalist qıza təsadüf edirəm. Geridə qalmış ölkələrdə "romantizm" sözünü pis mənada sentimentalizm adlandırırlar, boşboğaz şirin danışmağı məhz bu sözlə çağırırlar. Hər şey böyük toyuq hini və broyler toyuqlarına oxşayır. Mən bunu rişxəndlə yox, kədərlə yazıram, çünki Tiflisdə, Bakıda və Yerevanda da, maraqlı, dərin qızlar çoxdur, amma... ətrafda qırt toyuqlar var, onlar ərazini saxlayır, heç kəsi buraxmırlar və onların ətrafında - döyüşçü toyuqlar - keşikçilər dayanır və bu qapalı qohumbaz dairəyə düşmək praktik olaraq mümkün deyil!

Ətrafa nəzər salın, baxın, görün, direktor vəzifəsində oturan kimdir, kim sizin təşkilatlarınıza rəhbərlik edir və özünüzdən soruşun: onlar nəyin sayəsində orada oturublar? Ağıllamı, bəlkə, orijinallıqlamı? Özünüzdən soruşun: bu adamların inkişafla, tərəqqiylə hər hansı bir ortaq nöqtəsi varmı?

Adətən bunlar, jurnalistlərin davranış tərzini, zövqünü müəyyən edən boz, zövqsüz, darıxdırıcı yaltaqlardır! Elə buna görə də seçim azadlığı haqqında danışanda çürük iy, bayağılıq meydana gəlir! Yəni, məni düzgün başa düşün, yaxşı həmişə və hər yerdə var, mən pis haqqında yazıram, o isə həddən artıq çoxdur! Əgər mən feminist olsaydım, birinci işim o olardı ki, TV-də axmaq sir-sifətlərilə qadınları alçaldanlar haqqında səs-küy qaldırardım. Bütün cəmiyyətin başına axmaq qadınların və ya evdar qadının imici yeridilir. Postbalzaksayağı soyundurulmuş xalalar danışıqları ilə gənc auditoriyanı çirkli xəstəliklərlə yoluxdururlar. Tez-tez onları bacarıqlı jurnalist adlandırırlar, bizdə, həmçinin vətənpərvər də deyirlər. Cavan axmaq qızlar haqqında yazmağın mənası yoxdur, onlar darıxdırıcıdırlar və hər yerdə vardırlar!

Kişilər ekranda, ümumiyyətlə, deyəsən, mövcud deyillər. Mən jurnalistlər üçün təlimlər keçirirəm və şəxsi müşahidəmi deyə bilərəm. Varlı, imkanlı Tiflis ailələrindən olan uşaqlar junalistikaya praktiki olaraq getmirlər. TV-dəki kişi cinsindən olan jurnalistin obrazı - əksərən, bazar alverçisi kimi dayanmadan çərənləyən, ah-zar edən, ah-vay edən və əl-qolunu ölçə-ölçə danışan arvadaoxşar varlıqdır. Yəni, əgər gürcü oğlanı və ya qızı valideynlərin, məktəbin güclü təsirinin altında deyilsə, amma televizora baxırsa, o zaman mədəni insest onsuz da istədiyini alacaq və balaca, kobud ətçəkəndə onları əzib-üyüdəcək. Gürcüstan ictimai cəhətdən getdikcə daha çox kasıblaşır, insanlar öz gələcəyinə çox laqeyddirlər. Eyni zamanda televiziya, məktəb, sosial təminat sistemi əksəriyyətin etiraz əsəblərini axtalayır və biz üzüyola, elastik, boz kütlə ilə üz-üzə qalırıq. Bu kütlənin beyninə bir maraqlı şey daim yeridilir. Siz heç kimsiz, sizin gələcəyiniz yoxdur, amma doğun, doğun. Nə üçün? Gürcüstan üçün! Savadsız gənc qızdan və avara atadan yaranan beş uşaq Gürcüstanın nəyinə lazımdır? Nə danışırsan, bəs necə, Gürcüstanın düşmənləri çoxdur, onlar vətəni qoruyacaqlar.

Bütün bu absurd teatrda Patriarx fəal iştirak edir. Hər il o daim düşmənlərin acığına və Gürcüstanın xoşbəxtliyi naminə doğmağa və törəməyə çağırır.

Tiflis mərkəzində gəzişin, soyuq, döşənmiş küçədə 30-35 yaşlı qadınlar otururlar... Elə onun yanındaca, karton qutuda, iki-üç uşaq oturur... Bu qadınların yadlaşmış üzlərindən görünür ki, onlar yenə və yenə doğa bilərlər və beləcə laqeyq yaşayırlar! Onların uşaqları böyüyəcəklər və başlayacaqlar... bəli, dərhal doğmağa, hərçənd, əlbəttə, Sarbonnaya da daxil olub dünyanı öz zövqü və intellektlərilə təəccübləndirə bilərdilər. Məgər onlar doğuluşla alçalmırlarmı? Bu gün Tiflisdə adi pullu məktəb orta hesabla aya 300-400 dollar edir. Adi məktəbə uşağı göndərməyin mənası yoxdur, orada hər sinifdə 30-40 uşaq olur, ancaq, təkcə pedaqoqlara baxmaq və onların portretini çəkmək bəsdir.

Ölkənin ali məktəbləri təhsil vermir, magistratura, aspirantura lazımdır. Orta və yuxarı təbəqədən olan ailələr övladlarının Qərbdə oxumağına çalışırlar. Patriarx üçün və ağılsızlıqdan doğulan uşaqların heç birinin geyimi, kitabları, öz otağı yoxdur. Onlardan nə olacaq, kim olacaq onlar və əgər siz Gürcüstanı sevirsinizsə, niyə, SOS siqnalını çalmırsınız? Qərbdə və heç Rusiyada gürcülərin hansı imicə sahib olmaları bəyəm sizə sirdirmi? Kimi biz doğub-çoxaldırıq?

Bəlkə, bu sirdir ki, Tiflis vağzalının yanında azyaşlı gürcü qızlarını, oğlanlarını çıxarmaq olar? Yaxud sirdirmi ki, minlərlə gürcü faktiki olaraq Türkiyədə, Yunanıstan və b. yerlərdə ucuz işçi qüvvəsidir. Bəlkə, 10-20-30 dollara çıxan gənc gürcü fahişələrinin olması yoxsa emansipasiyadır (qadın azadlığıdır)? Beş il bundan qabaq piyli bir reformator gülərək deyirdi ki, nə var ki burada, bu normaldır! Bu onların seçimidir. Bəlkə, hətta əyalətdə məktəbli qızların arasında yayılan zöhrəvi xəstəliklər və abortlar da nağıldır? Kimi biz aldadırıq?

Bəlkə, nağıllar danışmalıyıq ki, Qərbdəki gürcülər mental olaraq inkişaf edirlər? Yalandır! Qərbdəki əksər gürcülər deqradasiyaya uğrayaraq qərbə uyğunlaşmadan kiçik gürcü dünyasının sərt çərçivələrində yaşayırlar və haradasa İspaniyada və ya Avstriyada pul qazanmaq üçün kəndlərindən və ya rayonlarının çıxdıqları səviyyədə qalmaqdadırlar.

Maraqlıdır, görəsən, başa düşürsünüz, onlar orada ümumiyyətlə nə ilə məşğul ola bilərlər? Bəlkə, mən səhv deyirəm və son zamanlar Qərbdə yalnız gürcü kompüter mütəxəssisləri, mühəndislər, biznesmenlər, rejissorları haqqında danışırlar və deyirlər ki, onlarsız yaşamaq qeyri-mümkündür? O gürcülər ki, Rusiya TV kanallarında çıxış edirlər, - mən artıq yazmışam - bu, biabırçılıqdır! Ya ruslar Gürcüstanı belə qiymətləndirirlər, ya da gürcülər özlərini belə ortaya qoyublar! Bəlkə də hər ikisi. Bir halda ki, mahiyyətcə bu diasporalardan və adi gönüqalın gürcülərdən heç nəylə fərqlənmirlər, onda bizim KİV-imiz bunları tənqid edə bilərmi?

Yaxud da Gürcüstanda səs-küy qalxmışdı ki, Azərbaycan kəndlərində 9-cu sinifdən məktəblərdə qızların sayı getdikcə azalır? Beləliklə, 20 yaşda artıq o "anadan da qocadır", üç və daha çox uşağı var? Bunlar hara gedirlər, harada oxuyurlar? Niyə 5-6 uşaq doğub onları özünün gününə qoyasan? Bu təkcə Gürcüstanın problemi deyil... Nə Rusiya, nə Fransa, nə Almaniya, nə də İngiltərə başqa ölkələrin və xalqların nümayəndələrini harmonik şəkildə uyğunlaşdıra bilmir... Bu haqda Sarkozi çox danışıb, Merkel də deyib, bəs axırı nə oldu? Biz nəticələr çıxardırıqmı, təbliğat aparırıqmı?

Xeyr, Gürcüstan doğmağa və ona sevinməyə çağırır ki, səndə, vətəndaş kimi, heç olmasa bu funksiya var. İndi Gürcüstanda dörd milyon insan yaşayır! Kənd təsərrüfatı böhran keçirir, gənclər kütləvi çıxıb-gedir... gürcülər də, azərbaycanlılar da, ermənilər də - oğlanlar məktəbdən dərhal sonra qazanc dalınca getməyə çalışırlar... Burada evlənirlər və gedirlər... Gəlirlər, mayalandırırlar və gedirlər, beləcə dövrə davam edir. Bəli, onların arvadları tez-tez uşaq boşaltmaq üzrə kisələrdir! Mən bununla heç vəchlə adamları təhqir etmirəm, əksinə, duyuram, ürəyim yanır, halına acıyıram, mən sadəcə bu alçaldıcı hadisəyə diqqəti artırmaq istəyirəm.

Cavab verin: bunlardan hansı biri cəmiyyətimizi qüvvətləndirir? Bizim vətəndaşlarımızı daha yaxşı edirmi? Xeyr, bu insanların arasında kontrastı, ziddiyyəti artırır, 80% ümumiyyətlə getdikcə daha çox hüquqsuzlaşır və yoxsullaşır. Bir dəfə azərbaycanlı jurnalistdən soruşmuşdum: de görüm, məsələn, azərbaycanlılar yeddi milyondur və seçimin var: dörd milyon olsun, amma daha təhsilli və daha güclü, yoxsa 10 milyon, amma eynilə indikilər kimi və ya bir az daha aşağı?... O dərhal cavab verdi: əlbəttə, 10 milyon. Bu doqmayla mübarizə aparmaq çox çətindir. İstənilən gürcü və erməni də belə cavab verərdi!

Belə insanlarla danışmaq lazımdır ki, doğuma "lisenziya" tətbiq edilə bilər, ona görə ki, əgər sizin maaşınız və mənzil sahəniz yoxdursa, bank axı sizə kredit verməyəcək, bəs siz deyək ki, işsiz və içki düşkünü olan kəs, hansı haqla, üç nəfər və daha çox uşaq dünyaya gətirirsiniz? Məgər siz onların gələcəyi üçün cinayət məsuliyyəti daşıyırsınızmı? Deyirlər, bəşəriyyət gələcəkdə sadəcə qidanın qəbulunun başqa üsulunu ixtira etməyə məcbur olacaq, məsələn, həblər şəklində, çünki homosapiens onu hazırlamaq və hazırı yemək üçün həddən artıq çox vaxt sərf edir... Ancaq əgər bütün bunlar ixtira ediləcəksə, onda hamının əsəbdən tükləri qalxacaq, çünki... Bəs onda əslində niyə görə yaşayasan? Yaşamağın məhz mənası nədir?

Dövlət öz vətəndaşları üçün məsuliyyət daşımalıdır. Üç, ya daha çox uşağa sahib olan valideynlər də həmçinin! Hər iki halda narazılıq olarsa, onda qiyam və inqilab - adi məsələdir. Tez-tez mənə deyirlər: bax, Çində həddən çox əhali yerləşib, guya, Rusiyada isə əksinə. Mənim fikrimcə, Rusiyada, əgər cəmiyyətin sosial və mədəni səviyyəsini artırsaydılar, bu 145 milyon böyük rəqəm görünərdi. İnkişafın indiki tempi yanında onun üçün 200 milyon - kritik həddir. Almaniya üçün daha yaxşısı 80 milyonun keyfiyyətinin yaxşılaşdırmağa daim çalışmaqdır, nəinki say xatirinə çoxaldılmış, işsizliyə və lazımsızlığa görə müharibəyə hazır 150 milyon alman. Əgər bizim əhalinin ictimai-mədəni səviyyəsi yüksək olsaydı, onda Gürcüstan üçün dörd milyon böyük rəqəm olardı...

Əhalini süni sayını artırmaqla, sən yalnız özünü zəiflədirsən və öz vətəndaşlarını təhlükə altına qoyursan.
Yazını saxlayıram, uzundur, çox yazmaq istəmirəm və nöqtəylə bitirməyi sevmirəm...

Milli.Az