İspanlar Google-u cəzalandırdılar

1 Noyabr 2014 18:58
Associated Press agentliyi yazır ki, İspaniya parlamenti ödəniş tətbiqini nəzərdə tutan qanun layihəsini təqdir edib. Belə ki Google News xəbər aqreqatorları xəbər süjetlərinin formalaşmasında məqalələrdən istifadəyə görə qəzet və informasiya agentliklərinə ödəniş edəcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qanun layihəsi 1 yanvar 2015-ci il tarixindən qüvvəyə minir. Bu halda, nəşrin Googledan alacağı ödəniş hələ ki təyin olunmayıb.

Qanun layihəsinin tətbiqinə lobbiçilik etmiş İspaniyanın AEDE assosiasiyası ətraflı məlumat verməkdən imtina edib. 

Googleun ispan bölməsindən bildirilib ki, şirkət parlamentin qərarından məyus olub.

Milli.Az