Milli.Az 4charx.com-a istinadən bildirir ki, güc aqreqatı ilə cütlükdə yeni 8 pilləli M Steptronic avtomat transmissiyası və xDrive tam ötürmə sistemi çalışır.
"Qaynar" BMW X5 M və X6 M yüksək məhsuldar əyləc sistemi və üç müxtəlif - Comfort, Sport və Sport + rejimləri və Dynamic Damper idarəetmə sistemi ilə təchiz edilib. Hər iki model Michelin Pilot Super Sport UHP şinləri geyindirilmiş 21 düymlük yüngül lehimli disklərin üzərində hərəkət edir.
Bavariya brendi təmsilçiləri bildirirlər ki, yeni "qaynar" BMW X5 M və X6 M 2015 krossoverləri 0-100 km/saat sürətlənməni 4,2 saniyəyə həyata keçirirlər. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində elektron məhdudlaşdırılıb.
Eksteryerin və interyerin dizaynına gəldikdə isə yolsuzluq avtomobili və kross-kupe təhdidedici, aqressiv qabaq bamperə, yenidən işlənmiş radiator barmaqlığına və aerodinamik yan ətəklərə sahibdirlər. Hər iki avtomobil havalanan ön qanadlar və yanlarda aerodinamik arxa görünüş güzgüləri əldə edib. İdman stili arxa hissədə də davam edir. Burada fərqləndirici bamper və yeni idman xaricetmə sisteminin dörd ədəd borusu ilə əhatə olunan diffuzor görmək mümkündür.
"Qaynar" BMW X5 M və X6 M 2015 modellərinin salonu da xarici görkəminə uyğundur. Burada dəri idman kürsüləri (Merino), cihazların yeni kombinasiyası, alüminium sükanaltı ləçəklərlə dəri M idman sükanı, dəri cihaz paneli, alüminium işləmələr, karbon taxmalar və M firma kandarları diqqəti çəkir. Avtomobillər yüksək keyfiyyətli Harman Kardon audio sistemlə təchiz olunublar.
Avtomobillərin qiymətləri ABŞ-da BMW X5 M 2015 - $99 650, BMW X6 M 2015 isə $103 050 olacaq. İngiltərədə isə qiymətlər müvafiq olaraq 90 170 və 93 070 funt-sterlinq təklif ediləcək.
Milli.Az