Ən güclü Audi hazırlandı - FOTO

2 Noyabr 2014 20:46
Audi şirkəti R8 Competition sportkarını onun Los-Anceles beynəlxalq avtosalonunda rəsmi premyerasını gözləmədən məxfilikdən çıxardıb. Yeni model bu gün üçün Audi-nin ən güclü modeli hesab edilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ömrünü bitirməkdə olan birinci nəsil R8 kupenin xüsusi versiyasından cəmi 60 nüsxə buraxılacaq. Layihənin müəllifləri onu R8 LMS yarış avtomobilinə maksimum yaxınlaşdırılmış yol avtomobili hesab edirlər. Audi R8 Competition də elə 5,2 litrlik 570-güclü V10 atmosfer mühərriki, yeddi pilləli S tronic ötürücü qutu və tam ötürmə ilə təchiz edilib. Bu aqreqatlarla ikiqapılı avtomobil 0-96 km/saat sürətlənməyə 3,2 saniyə vaxt sərf edəcək. Maksimal sürət 320 km/saat təşkil edir və bu onun ən sürətli R8 olmasını təmin edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.