Fiat-dan super kupe - FOTO

2 Noyabr 2014 19:24
Fiat şirkəti FCC4 adlı qeyri-adi konsept krossover təqdim edib. Yeni modelin debütü San-Pauluda baş tutub. Avtomobilin dizaynı pikap və Range Roverin qarışığından ibarətdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kupe-krossoverin texniki təffərrüatları açıqlanmayıb. Dizaynına gəldikdə isə ilk diqqəti çəkən onun aqressiv ön hissəsidir. Avtomobil nisbətən kiçik radiator barmaqlığına və qeyri-standart işıqdiod və duman əleyhinə faralara sahibdir.

Konseptin seriya buraxılacağı hələlik məlum deyil. Onun Mitsubishi L200 bazasında yeni orta ölçülü Fiat pikapının ilkin variantı da ola biləcəyi mümkündür.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.