Milli.Az 4charx.com-a istinadən bildirir ki, üfüqi uçuşu quyruq hissədəki qoşa pərlər təmin edir. Layihə müəlliflərinin fikrincə kreyser sürəti təxminən saatda 500 km olacaq. Qeyri-adi nəqliyyat vasitəsi şaquli qalxma və enmə ilə xarakterizə olunur.
Avtomobil yolları ilə yaxın məsafələrə gedərkən təkərlərdə quraşdırılmış elektrik mühərrikləri işə qoşulur. Bu zaman bütün qanadlar yığılır və gizlənir. Yerdə maksimal sürət 120 km/saat təşkil edir. SkyCruiser öz bortuna 5 nəfər götürə bilir. Yol ehtiyatı 1600 km məsafəni qət etmək üçün kifayətdir. Belə güman edilir ki, bu aparatla San-Fransiskodan Los-Ancelesə cəmi bir saata çatmaq olar. İlk işçi SkyCruiser -in nə vaxt hazır olacağı isə hələlik məlum deyil.
Milli.Az