400 at gücündə BMW M2 - FOTO

1 Noyabr 2014 21:14
"Autocar"-ın verdiyi məlumata görə, "BMW" alman şirkəti "yüklənmiş" kupe "M2"-ni tamamilə yeni mühərriklə təchiz edəcək. Bölmənin rəhbəri Fridrix Nitşenin verdiyi məlumata görə, mühərrikin gücü 400 a.g. təşkil edəcək.

Nitşe dedi: - "Dördyüz - sehrli rəqəmdir. Belə göstəricilərə asanlıqla nail ola bilərik. Əsas rəqəmlərin yeni M4-ün güc səviyyəsinə çox yaxınlaşmamasıdır". Yeni mühərrik S57 iş indeksi əldə etdi.

Milli.Az auto.az-a istinadən bildirir ki, mühərrik üçün əsas olaraq, gələcək nəsil sedan 7-series-ə quraşdırılacaq B57 güc qurğusu istifadə olunub. Mühərrik altıpilləli mexaniki sürət qutusu, və ya iki muftalı yeddipilləli "robotla" birgə işləyəcək. Belə mühərriklə Bavariyalılar - yenilənmiş "Mercedes-AMG A45" və ikinci nəsil "Audi RS3"-lə rəqabət aparmağı planlaşdırırlar.

"M2"-nin rəsmi debütü gələn il Frankfurt avtosalonunda keçirilməlidir. Avtomobil dilerlərdə 2016-cı ilin birinci kvartalından sonra meydana çıxacaq.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.