Cəlilabadda avtomobil sakinləri qorxutdu

31 Oktyabr 2014 13:18
Cəlilabad  rayonunda  minik avtomobili alışaraq yanıb.

Milli.Az CTV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Azərbaycan küçəsində, çoxmərtəbəli yaşayış binasının qarşısında  baş verib. Elşad  Fərzulla oğlu Şükürova məxsus  "Opel Vektra"  markalı avtomobil binanın qarşısında  anidən yanmağa başlayıb. 

Maşının alışdığını görən qonşular dərhal  bu barədə sürücüyə xəbər veriblər. Hadisə yerinə çağırılan FHN-in Cəlilabad Yanğından Mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı avtomobilin  mühərrik hissəsinə ziyan dəysə də qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil. Qeyd edək ki,  axşam saatlarında   avtomobilin qəfildən yanması rayonda qeydə alınan  ilk belə hadisə deyil. Bundan əvvəl də 2 minik avtomobili elə   axşam saatlarında  binanın qarşısında  müəmmalı şəkildə  yanmışdı.

Milli.Az