Topaz Premyer Liqası: Ən kiçik kimdir?

31 Oktyabr 2014 13:15

Topaz Premyer Liqasının ilk 10 turunda meydana çıxan futbolçuların orta yaş həddi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan qarşılaşmalarda 225 futbolçu meydana çıxıb.

Onlardan biri - Junior Nildo iki komandada - "İnter" və "Xəzər Lənkəran"da forma geyinib. Ümumilikdə isə futbolçuların orta yaş həddi 25 yaş 8 ay 27 gündü.
  

Çempionatın ən gənc komandası "Bakı"dır. 24 futbolçuya güvənən paytaxtın eyniadlı təmsilçisi kimi "Sumqayıt" və "Neftçi"də də bu rəqəm 25 yaşdan aşağıdır. Ən yaşlı komanda isə "İnter"dir. "Bankirlər" ən yaxın izləyicilərini ay hesabı ilə qabaqlayır.
 

yer

klub

orta yaş

Futbolçu sayı

1

"Bakı"

24 yaş 3 ay 17 gün

24

2

"Sumqayıt"

24 yaş 11 ay 4 gün

21

3

"Neftçi"

24 yaş 11 ay 11 gün

26

4

"Araz Naxçıvan"

25 yaş 7 gün

26

5

AZAL

26 yaş 2 ay 15 gün

21

6

"Simurq"

26 yaş 3 ay 5 gün

21

7

"Qəbələ"

26 yaş 3 ay 20 gün

21

8

"Qarabağ"

26 yaş 4 ay 25 gün

23

9

"Xəzər Lənkəran"

26 yaş 7 ay 28 gün

23

10

"İnter"

26 yaş 9 ay 13 gün

20

Cəmi

25 yaş 8 ay 27 gün

225


Çempionatın ən yaşlı siması isə "Xəzər Lənkəran"ın qapıçısı Cahangir Həsənzadədir - 35 yaş 2 ay 29 gün.
  

"Sumqayıt"ın kapitanı Ruslan Poladov (34 yaş 11 ay 1 gün) ikinci, onun komanda yoldaşı Aleksandr Çertoqanov (34 yaş 8 ay 22 gün) üçüncüdür. "Bakı"nın gənc istedadı Mahir Mədətov isə Premyer Liqada hamıdan kiçikdir - 17 yaş 4 ay 1 gün.
 

"Sumqayıt"lı Fərid Kərimzadə (17 yaş 6 ay 27 gün) və "Xəzər Lənkəran"lı Elnur Cəfərov da (17 yaş 7 ay 4 gün) ilk "üçlük"dədir. Ən gənc və yaşlının - Mahirlə Cahangir arasında 17 yaş 10 ay 27 gün fərq var. Bu isə ən gənc oyunçunun yaşından da çoxdur.

Milli.Az