"Evlənməyi mənim boynuma məcbur qoyursunuz"

31 Oktyabr 2014 12:47
Müğənni Mirkamil Kamilov nişanlanması ilə bağlı şayiələrə son qoyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan ifaçı "Barmağında üzük yoxdur. Sosial şəbəkədə hər kəs nişanlanmağından yazır. Şayiə haradan çıxıb?" sualına belə cavab verib:

"Bunu mənim boynuma məcbur qoyursunuz. Heç bir şey yoxdur. Nişanlanmamışam. Bu söhbətlər, şayiələr haradan çıxır, bilmirəm. Nişanlansam, bunu gizlətmərəm. 28 yaşım var. İnşallah, tezliklə o da olar".

Milli.Az