Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, vətəndaşların etibarından sui-istifadə edərək, Ramal Babayevə 1000 manat, Araz Kazımova 900 manat, Bəhruz Nuriyevə 900 manat, Nazim Əzimzadəyə 2700 manat, Natiq Həsənova 4000 min manat məbləğlərində dələduzluq əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Fərhad Məmmədov tutulub.Bakıda insanların etibarından sui-istifadə edərək külli miqdarda pulu mənimsəyən şəxs tutulub