Braziliyanın "Santos" klubu dünən 54 yaşını qeyd edən Diyeqo Armando Maradonanı təbrik edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmi tvitter səhifəsindən Pele və Maradonanın birlikdə fotosunu paylaşıb.
"İdman Maradonaya təşəkkür edir! Argentina tarixində ən böyük futbolçunu təbrik edirik".
Bu yazıda Argentina sözünün xüsusi qeyd olunması (Peleni dünyanın ən güclüsü kimi - red.) doğum gününə təbrik əvəzinə Maradonaya tikanlı ismarıc təsiri bağışlaya bilər.
Milli.Az