Nizami Kino Mərkəzində dörd yeni film nümayişə başlayır - FOTO
31 Oktyabr 2014 11:53
30 oktyabrdan etibarən Nizami Kino Mərkəzində "Qəzəb", "Siccin", "Yalançı adam" filmləri və "Arı Maya" cizgi filminin nümayişləri başlanır.
Böyük Britaniya, Çin və ABŞ-ın birgə istehsalı olan "Qəzəb" filminin baş rollarında Bred Pitt, Şaya LaBaf və Loqan Lerman kimi məşhur aktyorlar çəkiliblər. Film İkinci Dünya müharibəsi haqqındadır. Beş əsgərdən ibarət kiçik qrup tanklarıyla döyüşün ortasında qalır və bu qrup bölgədə qalan son Amerika əsgərləridir. Qrupa komandanlıq edən tankçı Vardaddinin vəzifəsi Avropanı tamamən dağıdan bu müharibədə öz əsgərlərini bölgədən sağ çıxarmaqdır.
20-ci əsrin ən qanlı müharibəsinin sonlarını əhatə edən filmin rejissoru və ssenaristi Devid Eyrdir.
Türkiyə istehsalı olan "Siccin" filmi gənc və gözəl qadın olan Öznur haqqındadır. Öznur çox çalışaraq Qüdrəti birlikdə olmağa razı edir. Amma bu halı qəbul edə bilməyən və hətta ailəli olan Qüdrət münasibəti bitirmək istəyir. Öznur Qüdrəti əldən buraxmamaq üçün onun həyat yoldaşı Nisaya cadu edir. Bu cadudan sonra qadına cinlər ilişməyə başlayır. Caduya görə Nisa və onun qanından olanlar hamısı ölməlidirlər.
ABŞ istehsalı olan "Yalançı adam" filminin baş rollarında Tom Hardi, Numi Rapas, Ceyms Qandolfini, Erin Dark və Elizabet Rodrigez çəkiliblər. Film Bob Saqinovskinin araşdırmalar nəticəsində rayonun keçmişi müəyyən olunacaq soyğunçuluğun mərkəzinə düşməsi haqqındadır.
Almaniya və Avstraliyanın birgə istehsalı olan "Arı Maya" cizgi filmi 1975-80-ci illərdə çəkilən və 104 hissədən ibarət olan "Arı Maya" cizgi filminin yeni versiyasıdır. Alman yazıçısı Valdemar Bonselsanın sevilən romanı əsasında çəkilən filmin rejissoru Aleks Stadermandır.
Böyütmək üçün şəklə klikləyin.